Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Fransaya -ixtisas sahiblərinin gəlməsinə kvota tətbiq ediləcək

 

Fransa hökuməti ali təhsilli şəxslərin ölkəyə köçməsilə bağlı kvota tətbiq edəcək.

Yenixeber.org: Bu barədə ölkənin baş naziri Eduard Filip mətbuat konfransında bildirib.

Ümumiyyətlə 2022-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ölkəyə miqrant axınının tənzimlənməsi məsələsinin gündəmdəki başlıca yer tutacağı güman edilir.

Sentyabr ayında Fransa prezidenti Emanuel Makron qarşıya imiqrantlara layiqli həyat şəraiti təmin etmək məqsədi qoyulursa, hər istəyəni qəbul etmək iqtidarında olmadıqlarını açıqlamışdı. Belə ki, 2017-ci il prezident seçkilərindən sonra Fransaya köçmək arzusunda olanların çoxaldığını, bununla belə “çox da cazibədar ölkə olmaq lazım deyil” deyən dövlət başçısı Avropa ölkələrinin miqrasiya sahəsində lazımi səviyyədə əməkdaşlıq etmədiklərini də dİlə gətirib.

Qeyd edək ki, 2022-ci il seçkilərində E.Makronun miqrantlara qarşı çıxan “Milli Toplantı” partiyasının lideri Marin le Peni əsas rəqib qismində gördüyü bildirilir.

KİV-in məlumatına görə Fransa rəsmi qurumlarına 2018-ci ildə 122 743 sığınacaq müraciəti təqdim olunub ki, bu da əvvəlki illə müqayisədə 22 faiz çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam