Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Myanmada mədən uçub, ölənlər var -FOTO

Myanmanın şimalındakı Kaçin ştatında yaşma daş mədəninin uçması nəticəsində 3 nəfər ölüb, azı 51 işçi (bəzi məlumatlara görə 90-dək) yerin altında qalıb.

Yenixeber.org: Məlumata görə, ştatın ucqar Hpakant bölgəsində yerləşən mədəndə xilasetmə tədbirləri görülsə də, rəsmi şəxslər yerin altında - 100 metrədək dərinlikdə qalanların çıxarılmasına ümidin az olduğu qənaətindədirlər. Hələlik üç nəfərin meyitini çıxarmaq mümkün olub.

“Biz çox da ümidli deyilik, çünki insanlar torpaq altında qalıb, onları çıxarmaq, doğrudan da, çətin məsələdir”, - mədənin operator şirkətlərindən biri olan “Myanmar Thura”nın nümayəndəsi U Nainq bildirib.

Xilasetmə işlərinin Myanma Qırmızı Xaç Cəmiyyəti, hərbçilər, polis, yerli könüllülərin birgə səyilə görüldüyü bildirilir.

Qeyd edək ki, Kaçində hasil olunan yaşma daşı dünyanın ən keyfiyyətlilərindən hesab olunur.(Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam