Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Torpaq coşacaq və insanlar həlak olacaq" - Vanqa 2019-cu il haqda daha nə deyib?

Əvvəlcədən demək lazımdır ki, bolqar Vanqa heç vaxt 2019-cu il sözünü işlətməyib.

Yenixeber.org: Kahin qadın ikinci onilliyin sonu barədə aradabir xatırlatma edib. Onun müəyyən frazaları insanlar tərəfindən istədikləri kimi yozulub. 

Böyük dövlətin fəaliyyəti bütün dünyanı təlaşa düçar edəcək

Burada cəmi üç variant var: "ABŞ, Çin və ya Rusiya. Vanqanın hansı dövləti nəzərdə tutduğu məlum deyil. Hər millət mənafeyinə uyğun formada bunu izah edir.

Köhnə qaydalar yenisi ilə əvəz ediləcək

Deyilənlərə görə, Vanqa ömrünün son illərində bu fikri dəfələrlə təkrar edib. Eyni zamanda bir neçə dəfə məhz ikinci onilliyin sonunu göstərib. Ekspertlərin fikrinə görə, bu bolqar kahinin ən optimist proqnozudur.

İnsanlar bir-birlərini inanca görə öldürəcəklər

Bu proqnoz özünü doğruldub. Yaxın Şərqdəki münaqişələrə baxanda bunu daha aydın görmək mümkündür. İŞİD adı altında ortaya çıxan və digər dini terror qruplaşmaları dini görüşə görə insanları qətlə yetirirlər.

Torpaq coşacaq və insanlar həlak olacaq

Vulkan, zəlzələ, burulğan, tufan və iqlim kataklizmaları kimi təbii fəlakətlər bu gün planetimizdə tüğyan edir. Çox güman ki, yaxın gələcəkdə bu təbii fəlakətlər daha da artacaq. Hər təbii fəlakət isə insan ölümləri ilə nəticələnir.

Tədqiqatçılar bildirirlər ki, Vanqa xərçəng və qocalıq üzərində qələbə, Günəşə uçuş və digər qəribə proqnozlardan danışıb. Bolqar kahin bu proqnozların gələcəkdə baş verəcəyini bildirsə də, heç vaxt dəqiq tarix söyləməyib. Bununla yanaşı, bu hadisələrin əsasən insanlardan, onların inam və sevgisindən də asılı olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam