Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Körpələrin sağlamlığı onun döşəyindən asılıdır -

Körpələrin sağlamlığı onun döşəyindən asılıdır -

 

Uşağın beli və bədəninin düzgün formalaşması yatdığı döşəkdən asılıdır

Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır

Yenixeber.org: Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar- hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir. Lakin uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır.
Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz.

Körpənin hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladına doğulandan rahat yataq təşkil etməlidir.

Mütəxəssislər bildirir ki, 3 yaşına kimi körpələr purjunsuz, içi natural materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. Çünki böyüklərdən fərqli olaraq yeni doğulmuş S-vari formaya yox, düz onurğaya, yumşaq sümük və əzələlərə malikdir. 3 yaşından 7 yaşa kimi uşaqlar üçünsə orta bərklikdə döşək lazımdır.

Uşaqlar üçün döşək üzləri antiallergen və mikrobəleyhinə materialdan olmalıdır. Körpələr üçün xüsusi nəmi özündə saxlamayan döşəküzləri də vacibdir.  

Həmçinin uşaq matraslarında metal detallar olmamalıdır. Çünki metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizminə zərərlidir.

Körpələr üçün natural lateks və visko materialdan döşəklər ən uyğunudur.

Uşaq döşəyi aşağıdakı üstünlüklərə malik olmalıdır:

-Ventilyasiya - hava almalı
-Hipoallergen
-Ortopedik
-Düzgün ölçü
-Mikrobəleyhinə
- Keyfiyyətli üzlük
-Sərtlik
-  Toz və bakteriya saxlamamalı

Uşağın boyun və başının formasını düzgün alan balış da yataqda ikinci vacib əşyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam