Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sərnişinlərin ödənişindən 5% tutan şirkətin ünvanı Vüsal Kərimlinin evidir? –VİDEO

Metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb.
Yenixeber.org: İctimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib. Bu məbləğin 5%-i, yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.

Daha əvvəlki araşdırma yazılarımızda xəbər verdiyimiz kimi, “K Group” MMC-nin hüquqi ünvanında digər şirkət “GMSA” MMC qeydiyyatdan keçib. “K Group” MMC ilə eyni ildə - 2014-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi BNA-nın rəhbəri Kərimli Vüsal Ağaməmməd oğludur.
Reyestr məlumatlarına görə, “K Group” MMC-nin hüquqi ünvanı hələ də 20 yanvar küçəsi 3, mənzil 13-dür. Toplum TV-nin müxbiri ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu, yəni BNA sədri olduğunu görüb.
Qeyd edək ki, Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Bundan əlavə vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.
Xatırladaq ki, hələ ötən ilin sentyabrında daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam