Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Beynəlxalq məhkəmə Alxanlı faciəsini araşdırmalıdır" -Urmiyalı deputat

Qərb ölkələrində bir uşaq hansısa partlayışda həlak olanda, hamı onun üçün şam yandırır və bütün Avropa qaraya bürünür.Lakin bir müsəlman uşağı işğalçı Ermənistan ordusu tərəfindən öldürülür, kimsə buna reaksiya vermir.

Yenixeber.org:  Bu sözləri Azərtac-a müsahibəsində Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur deyib. O bildirib ki, Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.

R.Həzrətpur deyib: “Alxanlı faciəsi insan hüquqlarında ikili standartın ağır nəticəsidir. Mənim fikrimcə, bu məsələ beynəlxalq insan haqları qurumları, xüsusi ilə də İslam ölkələri üçün bir sınaqdır. Beynəlxalq məhkəmələr bu məsələni araşdırıb hüquqi qiymət verməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam