Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“10 milyon manatlıq bazar 60-70 minə alınıb” -Millət vəkili

qudret

 

“Bu gün Bakıda kimsə 60-70 min manata  bazar alır, hansı ki, onun qiyməti milyonlarla manata ölçülür. İndi o bazar onu alan şəxsin əlindən alınıb müsadirə edilməməlidir? Təbii ki, müsadirə olunmalıdır”.

Yenixeber.org:  Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün Bakıda məhkəmələr gedir və biz də bəzi obyektlərin və mülklərin hansı qiymətə alındığının şahidi oluruq. “Bu gün bazar dəyərindən dəfələrlə ucuz qiymətə 60-70 min manata alınıb. Ancaq bunun real qiyməti haradasa 10 milyon manat civarında olub. Bu müsadirə olunmalıdır. Ancaq bununla belə mülk müsadirə edilən zaman vətəndaşa dəyən ziyan da kompensasiya edilməlidir və qanunda bu da öz əksini tapıb”- deyə, deputat vurğulayıb.

Q.Həsənquliyev onu da əlavə edib ki, burada vətəndaşlar da ayıq olmalıdır: “Bilməlidir ki, haradan və hansı mülk alır. Baha yerdən ucuz qiymətə mülk alanda sonda hansı problemlərlə üzləşəcək”.

Deputat bildirib ki, bu gün bəzi dövlət obyekti simvolik olaraq 1 dollara da sahibkara satılır: “Bunlar ona görə edilir ki, həmin obyektə sərmayə yatırılacaq. Ona görə də Məcəllədə nəzərdə tutulan dəyişiklik tamamilə doğrudur və yerində olan dəyişiklikdir. Bir daha təkrar edirəm ki, vətəndaş mülk alanda aldığı mülkün real qiymətini əvvəlcədən bilməlidir ki, sonda hər hansı problemlə üzləşməsin”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, məcəllədə nəzərdə tutulan dəyişiklik müəyyən mənada vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam