Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Özünü təqdim etməkdən qorxan tələbədən yaxşı müəllim də olmur” –Millət vəkili

Yenixeber.org:   "Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Science slam unec proqramı üzrə universitet tələbələrinin elmi məruzələrinin təqdimatı tədbirinə qatılmışdım. Bir-birindən dəyərli, faydalı məruzələr dinlədik. Bu, onu göstərir ki, Azərbaycan tələbələrinə özünü təqdimetmə mühiti yaradılanda, öz potensiallarını yüksək səviyyədə ortaya qoya bilirlər".

Bu sözləri Strateq.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə,  bu universitetdə tələbə təşəbbüskarlığı üçün müsbət bir ənənə yaranmaqdadır:

"Bu barədə əvvəllər də qeyd etmişdim, bir neçə belə tədbirin şahidi olduğuma görə indi də söyləyirəm. Universitetin rektoru professor Ədalət Muradov bu cür təşəbbüslərin ideya müəllifi və dəstəkçisi olduğuna görə ciddi universitet gəncliyinin cücərdiyini hiss edirsən. 9 tələbə hərəsi 10 dəqiqə müddətində müxtəlif mövzularda öz məruzələrini geniş auditoriyaya təqdim etdilər, auditoriyadan gələn alqışların texniki cihazla ölçülməsinə görə də onların içindən 3 nəfər qalib elan olundu. Ancaq mən hamısını qalib olaraq görürdüm, çünki hər biri üzərinə götürdüyü mövzunu səlis danışıqla, anlaşıqlı, əsaslandırılmış şəkildə təqdim edə bildi".

Millət vəkili bildirib ki, televiziyalarımız kütləvi şou zəhərlənməsindən başını qaldırıb, bu kimi tədbirləri insanlara təqdim etsələr, elmi biliklərə maraq göstərənlərin sayını da artırmış olarlar:

"Nəhayət, 21-ci əsrdə elm məbədi sayıla biləcək universitetlər yaratmağı düşünməliyik. Bu kimi tədbirlər tələbəyə özünü universitetin sahibi kimi hiss etməyə imkan yaradır. Müti, özünü təqdim etməkdən qorxan tələbədən yaxşı müəllim də olmur, yaxşı mütəxəssis də, yaxşı vətəndaş da…

Hər halda İqtisad Universitetindəki mühitin, sağlam rektor-tələbə dialoqunun bütün ali təhsil ocaqlarında olmasını ürəkdən arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam