Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bu ölkənin parlamenti mühasirəyə alınıb-nümayişçilər tərəfindən

 

 

Livanın paytaxtı Beyrut şəhərində nümayişçilər parlament binasını mühasirəyə alıb.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, yollarda barrikadalar quran nümayişçilər parlamentə tərəf yalnız hərbi və təcili yardım maşınlarını buraxırlar ki, onlar da içəridə deputatların olub-olmamasını yoxlayırlar.

Parlament binasının yaxınlığına gələn deputat Əli Əmmar vətəndaşların mitinq keçirərək öz hüquqlarını müdafiə etməyə haqqı çatdığını bildirib.

Deputatların bir qrupu parlamentə tərəf keçmək istəsə də, nümayişçilər tərəfindən daşa basılıb, mühafizəçilər isə havaya atəş açıblar.

Lakin deputatların bir qismi parlamentə daxil olmağa müvəffəq olub. Bir qismi də nümayişçilərə dəstək olaraq iclasa gəlməyib.

Qeyd edək ki, ölkədə oktyabrın 17-dən siyasi sistemin dəyişdirilməsinə, korrupsiyaya və xidmətlərin yarıtmaz fəaliyyətinə etiraz olaraq kütləvi nümayişlərin başlamasından sonra ilk dəfə keçiriləcək parlament iclasında nümayişçilərin qarşı çıxdığı ümumi əvf qanunu da daxil olmaqla bir sıra qanunlar qəbul ediləcəkdi. Belə ki, bu qanun çərçivəsində korrupsiyada adı hallanan məmurların məsuliyyətdən yaxa qurtaracağını güman edən müxalifət həmin qanuna qarşı çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam