Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

"Artıq səbrimiz qalmayıb"-Sərt açıqlama

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədində təhlükəsiz zona mövzusunda ABŞ-a sərt mesajlar ünvanlayıb.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Türkiyə Prezidenti hərbi məktəblərin diplom təqdimetmə mərasimində çıxış edərkən bildirib ki, bir neçə həftə içində Türkiyənin şərtləri daxilində bölgəyə nəzarət mümkün olmasa, yeni hərəkət planını işə salacaqlar:

“Bizim çox vaxtımız və səbrimiz qalmayıb. 3 həftə içində ABŞ ilə ortaq təmaslarımızın son fürsətidir. 450 kilometr xətt boyunca 30 kilometr dərinliyə sahib təhlükəsiz zona yaratmaq təklifimiz daxilində addımlar atılmasa, biz öz başımızın çarəsinə baxacağıq. Sonrasını zəhmət çəksin, qarşımızdakılar düşünsün”.

Ərdoğan onu da bildirib ki, haqqını ödədikləri F-35 təyyarələri təhvil verilmədiyinə görə Türkiyə lazım olan hər bir addımı atmağa hazırdır: “Rusiyaya səfərimizdən narahat oldular. Əlbəttə, gedəcəyik, müdafiə sənayesinə dair harada nə varsa, onunla maraqlanacağıq. Sabahın Türkiyəsini daha güclü hala gətirəcəyik. Türkiyəni üçüncü dərəcəli, zəif, gücsüz ölkələrlə müqayisə edənlərə kimliyimizi göstərmək bizə borc olsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam