Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Rusiyada - erməni saytı ilə bağlı təhqiqata başlanılıb

Moskva vilayəti Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti (MV ARMMM) adından Moskva Şəhər Milli Siyasət və Regionlalarası Əlaqələr Departamentinə yerkramas.org saytı ilə bağlı müraciət göndərilib.

Yenixeber.org:  MV ARMMM rəhbəri Elman İbrahimovun imzası ilə təqdim edilən müraciətdə adıçəkilən saytda erməni millətçiliyinin banilərindən olan, İkinci Dünya müharibəsində nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdeh tərəfindən söylənmiş “türklə mübarizəsiz bircə günümüz olmasın” sözlərini epiqraf seçildiyinə diqqət çəkilərək, milli ədavəti qızışdıran materiallar dərc etdiyi üçün bu saytın fəaliyyətinə dair ciddi araşdırma aparmaq xahiş olunur.

Departamentin rəhbəri V.Suçkov tərəfindən imzalanan cavab məktubunda deyilir: “Müraciətiniz araşdırma aparmaq üçün hüquq- mühafizə orqanlarına göndərilib. Müraciətdə göstərilən faktlar təsdiqini taparsa, mövcud qanunlara uyğun tədbirlər görüləcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam