Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran Hörmüz boğazını bağlamağa çalışmır

 

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir və İran bu boğazı bağlamağa çalışmır.

Yenixeber.org: Bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri deyib. General diqqətə çatdırıb ki, İranın boğazdakı hərbi gəmiləri həmişə xoş niyyətli olub. Lakin buradakı xarici hərbi kontingent sabitliyi pozmağa çalışsa, İran onların layiqli cavabını verəcək.

M.Baqeri vurğulayıb ki, Hörmüz boğazının təhlükəsizliyini İran təmin edir və boğaz tam olaraq İran hərbi donanmasının nəzarətindədir.

Xatırladaq ki, Hörmüz boğazı körfəz ölkələri üçün olduqca mühümdür. Körfəz ölkələri istehsal etdikləri nefti məhz bu boğaz vasitəsi ilə dünya bazarına çıxarırlar. İran istisna olmaqla körfəz ölkələri isə ABŞ-ın müttəfiqləridirlər. Ötən həftə ABŞ İran neftinin dünya bazarına çıxarılmasını tamamilə qadağan etdikdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan etdi ki, Hörmüz boğazını bağlayaraq ABŞ-ın regiondakı müttəfiqlərinə də dünya bazarına neft çıxarmağa imkan verməyəcək.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam