Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev

"Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev

Hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır"

Yenixeber.org: bunu Prezident İlham Əliyev Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışında deyib.

Ölkə başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb yaradıb. 

"Mənfur qonşular 90-cı illərin əvvəllərində qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə məhv edilib. İşğal bu gün də davam edir".

Prezident qeyd edib ki, güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması üçün əsas şərtdir. 

"Ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam