Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koçaryanın villası və ofisində axtarış aparılıb

 

Koçaryanın villası və ofisində axtarış aparılıb
2008-ci il 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın villası və “Erebunu” mehmanxanasında yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib.
Yenixeber.org: Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Keçirilən axtarış-əməliyyat tədbirlərinin nəticəsi barədə hələ ki ictimaiyyətə ətraflı informasiya verilməyib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Koçaryanla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam