Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

DİN arvadını satışa çıxaran kişi ilə bağlı araşdırma aparır

DİN arvadını satışa çıxaran kişi ilə bağlı araşdırma aparır
“Azərbaycanlı kişinin keçmiş arvadını fahişəliyə məcbur etməsi” başlığı ilə Türkiyə mətbuatında dərc olunan xəbər ictimaiyyət arasında geniş rezonans doğurub.
Yenixeber.org: Bakıda yaşayan və ibtidai sinif müəlliməsi işləyən 30 yaşlı Sevinc Kərimova müsahibəsində deyib ki, 5 il əvvəl boşandığı əri Elmir A. tərəfindən aldadılaraq Türkiyəyə aparılıb və orada fahişəliyə məcbur edilib. Qadın bundan imtina etdikdə isə onu iki uşağının gözü qarşısında döyüb və bədəninə müxtəlif xəsarətlər yetirilib.

S.Kərimova polisə müraciət edərək keçmiş həyat yoldaşı barədə uzaqlaşdırma qərarı ala bilib. Daha sonra orada olan qonşuların köməyi ilə Azərbaycana qayıdıb.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, müsahibəsi ilə böyük səs-küyə səbəb olan S.Kərimova onların sığınacağına müraciət edib.

“Bura gəlmişdi, hadisəni bizə də danışdı. Qadının danışıqlarında insan alverinin əlamətləri olmayıb, əsasən məişət zorakılığı idi. Burada qalmaq istəsə də, insanların çox olduğunu deyib qalmadl. Qardaşına zəng etdi və onlara getdi”.

AzVision.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadədən münasibət öyrənib. Onun sözlərinə görə, S.Kərimova DİN-in 102 Zəng Mərkəzi xidmətinə müraciət edib.

“Onun müraciəti əsasən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam