Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azəriqaz”dan bayram günləri üçün– Xəbərdarlıq

 “Azəriqaz”dan bayram günləri üçün

 

 

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Yenixeber.org:     Azəriqaz İstehsalat Birliyindən  verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 31 dekabr 2017-ci il tarixindən başlayaraq 04 yanvar 2018-ci il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Azəriqaz İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam