Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Azərbaycanda kuryoz:məhkəmə ölüyə pul cəzası kəsib

Azərbaycanda kuryoz:

 

Yenixeber.org: Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.

 

Lent.az-ın məlumatına görə, Astara məhkəməsində  pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.

 

Astaranın Şiyəkəran kənd sakini  49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.

 

R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova “Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.

 

Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.

 

R.İmanovun yaxınlarının verdiyi  məlumata görə, Astara məhkəməsində  hakim  Mübariz Məmmədovun sədrliyi  keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam