Yenixeberorg.com: Bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumatlı mənbə bildirib ki, “Axios”un İran və ABŞ-ın müharibəni bitirmək üçün razılaşmaya yaxınlaşması ilə bağlı iddialarına baxmayaraq, Tehran Amerikanın bəzi qəbuledilməz müddəaları ehtiva edən son təklifinə hələ rəsmi cavabı təqdim etməyib.
Mənbə ABŞ mediasının bugünkü xəbərini Donald Trampın Hörmüz boğazı ilə bağlı planından geri çəkilməsinə bəraət qazandırmaq cəhdi kimi qiymətləndirib.
O əlavə edib ki, İranın Pakistan vasitəsi ilə ABŞ-a ötürdüyü 14 maddəlik məntiqli və əsaslandırılmış təkliflərdən sonra amerikalılar öz yeni öz planlarını təqdim ediblər.
Bildirilib ki, İran cavab üzərində çalışdığı vaxt ABŞ yenidən qeyri-düşünülmüş addımlar atıb və bu da planın nəzərdən keçirilməsinin dayandırılmasına səbəb olub.
Mənbə sonda qeyd edib ki, Trampın geri çəkilməsindən sonra İran bu məsələ ilə bağlı təkliflərin nəzərdən keçirilməsini bərpa edib, yekun qərara gəlindikdən sonra Tehranın mövqeyi Pakistana çatdırılacaq.
Eyni zamanda, dövlət agentliyi ISNA da ABŞ-ın “Axios” nəşrinin İran-ABŞ razılaşması ilə bağlı yaydığı məlumatların bir hissəsinin mediaya xas ehtimallar və informasiya manipulyasiyası olduğunu bildirib. Qeyd olunub ki, İran nümayəndə heyətinin hazırda müzakirə etdiyi əsas məsələ müharibənin başa çatdırılmasıdır və nüvə mövzusu bu mərhələdə danışıqların predmetinə daxil deyil.
Qeyd edək ki, “Axios”un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır.










AZ
RU
