Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Azərbaycanda ən populyar mobil cihazlar -SİYAHI

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.
Yenixebrorg.com: “Apple" smartfonları bu ilin aprel ayında Azərbaycanda mobil cihazlar üzrə 26,1 faiz bazar payı ilə ilk pillədə qərarlaşıb.
Bir ay əvvələ olan göstərici ilə müqayisədə “Apple" markasının Azərbaycanda bazar payı 2,2 faiz bəndi, 2025-ci ilin aprel ayına nisbətən isə 7,25 faiz bəndi artıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında adları açıqlanmayan brendlər (unknown) ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,28 faiz bəndi azalaraq, 2025-ci ilin aprel ayına nisbətən isə 4,48 faiz bəndi artaraq 22,89 faiz təşkil edib.


Dövr ərzində Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Samsung” üçüncü yerdə qərarlaşıb.

Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,46 faiz bəndi, 2025-ci ilin aprel ayına nisbətən isə 5,95 faiz bəndi azalaraq 21,73 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,45 faiz bəndi artaraq, 2025-ci ilin aprel ayı ilə müqayisədə isə 4,54 faiz bəndi azalaraq 18,75 faizə bərabər olub.

Siyahıda 5-ci pillədə 5,19 faiz bazar payı ilə “Honor” smartfonları mövqelənib. Bu göstərici bir ay əvvəllə müqayisədə 0,51 faiz bəndi, 2025-ci ilin eyni dövrünə nisbətən isə 0,25 faiz bəndi çoxdur.

Bu ilin aprel ayı üzrə digər smartfonların Azərbaycanda bazar payı isə 5,34 faiz təşkil edib. (Trend.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam