İlk dəfə görüşdülər...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.
Yenixeberorg.com: Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə müzakirə ölkələr arasında münasibətlərə yönəldilib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda deyilib.
Qeyd edək ki, Gürcüstan və Ukrayna hakimiyyətinin nümayəndələri 2021-ci ildən bəri görüşməyiblər.










AZ
RU