Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib-FOTO

Mayın 4-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda “Zəngəzur yolu:tarixin izi ilə” mövzusunda konfrans keçirilib.

Yenixeberorg.com xəbər verir ki, Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanda azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən, eləcə də ölkədə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib.

Qeyd olunub ki, “Zəngəzur yolu” yalnız bir layihə deyil — yaddaşın davamı, kimliyin ifadəsi və region tarixində yeni mərhələnin başlanğıcıdır. Yeni reallıqlar və imkanlar fonunda qarşıda duran əsas vəzifənin mövcud dəyərləri qorumaqla yanaşı, onları inkişaf etdirmək olduğu bildirilib. Din xadimlərinin missiyasının zərərli ideoloji təsirlərə qarşı maarifləndirici mövqenin gücləndirilməsi, sağlam düşüncə tərzinin formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Sonda konfrans iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Tədbir “Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə” və “Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar” mövzularında müzakirələrlə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam