Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azər Qasımlının xanımından şikayət edildi

bu-defe-azer-qasimlinin-xanimindan-sikayet-etdi

Həbsdə olan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı barəsində məhkəməyə müraciət edilib.

Yenixeberorg.com: Bu barədə S.Qasımlı özü məlumat yayıb.

O bildirib ki, həyat yoldaşı barəsindəki cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış Qurbanəli Yusifov bu dəfə ona qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Q.Yusifov Azər Qasımlının həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) əsasən cəzalandırılmasını istəyib.

Qeyd edək ki, A.Qasımlı bu il martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirləndirilib. A.Qasımlının Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onun oğlunu qaçırmaq və atasını öldürməklə hədələdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam