UEFA Avropa Liqasının 1/4 final mərhələsi: "Betis" Portuqaliyada "Braqa"nın qonağı olacaq
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bu gün start veriləcək.
Yenixeberorg.com xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.
İspaniya təmsilçisi "Betis" Portuqaliyada "Braqa"nın qonağı olacaq. Qarşılaşma "Estadio Municipal de Braga"da, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.









AZ
RU