Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-YENİLƏNİB/FOTO

 

Masallıda fərdi yaşayış evində yanğın baş verib. 

Yenixeberorg.com xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 

Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub.

Hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-İsfahan -1955- Qızılağac) ocağı kimi də tanınır.

Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu evin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər.

Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb:

“Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50 kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75 kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Cəmallədin Həsənağa oğlu Abdullayevin və 2024-ci il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyiti aşkar edilib. Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam