Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Yenixeber.org-un məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Z.Qurbanova və bir azyaşlı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Apa)









AZ
RU