Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib

 

Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini ilk oxunuşda qəbul edib

Yenixeber.org xəbər verir ki, bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Sənəddə təklif edilib ki, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilsin.

Bildirilib ki, dəyişikliklər xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.

Diqqətə çatdırılıb ki, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizmi bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Təklifin qəbulu nəticəsində ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam