Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb -FOTOLAR

Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.

Görüşdə qaliblərin fəaliyyət istiqamətləri, fərdi inkişaf planlarının icrası, həmçinin dövlət idarəçiliyində yeni nəsil idarəçilərin roluna dair müzakirələr aparılıb. Görüş zamanı qaliblərin həyata keçirdikləri layihələr, iştirak etdikləri təlimlər, əldə etdikləri bilik və bacarıqların tətbiqi üzrə görülən işlər barədə müzakirə aparılıb. Nazir qaliblərlə fikir mübadiləsi apararaq onların idarəetmə, liderlik və innovasiya sahəsindəki suallarını cavablandırıb.

Nazir çıxışında “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrasına dəstək mexanizmləri, müxtəlif dövlət qurumlarında təcrübə proqramları, həmçinin idarəetmədə çevik qərarvermə, strategiya qurma və dəyişikliklərin idarə edilməsi kimi mövzularda təcrübə mübadiləsi aparılıb.

Sonda qaliblər göstərilən diqqət və yaradılan imkanlara görə minnətdarlıqlarını bildirərək əldə etdikləri bilik və bacarıqları fəaliyyətdə tətbiq etməyə davam edəcəklərini vurğulayıblar.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam