Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

 

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib.

Yenixeber.org-un məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.

Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.

"Enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişafının zəruriliyi qeyd edilib. Bu baxımdan Avropaya "yaşıl enerji" tədarükünün təşkili layihəsi perspektivli adlandırılıb. Ənənəvi karbohidrogenlər hissəsində, Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərinin öyrənilməsi təklif edilib", - Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam