Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi -FOTOLAR

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər.

Yenixeber.org: Müzakirələr zamanı əməkdaşlığın yalnız qida təhlükəsizliyi sahəsi ilə məhdudlaşmadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, gələcəkdə - vergi, gömrük və digər biznesi maraqlandıran sahələrdə qarşılıqlı fəaliyyət, müvafiq sahələrə nəzarət edən dövlət qurumları ilə əlaqələrin təkmilləşdirilməsi istiqamətində addımlar atılması nəzərdə tutulur.

Görüşdə həmçinin qeyd edilib ki, AQİSA 300-dən artıq sahibkarı özündə birləşdirən və onların maraqlarını müxtəlif istiqamətlərdə təmsil edən geniş bir platformadır. Eyni zamanda vurğulanıb ki, Assosiasiyanın əsas missiyalarından biri üzv şirkətlərin çağırışlarını  vahid mövqedən dövlət qurumlarına çatdırmaq və bu məsələlərin açıq dialoq yolu ilə həllinə dəstək olmaqdır. Xatırladılıb ki, dövlət-özəl sektor dialoqunda fəal iştirak, AQİSA-nın sahibkarlarla dövlət arasında mühüm bir körpü rolunu yerinə yetirməsinə şərait yaradır. Bu yanaşma, sektorun şəffaf, dayanıqlı və innovativ inkişafına töhfə verməklə yanaşı, hər bir üzv şirkətin fərdi maraqlarının qorunmasına da xidmət edir.

Veysəloğlu Şirkətlər Qrupu, AQİSA ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də qida təhlükəsizliyi, texniki tənzimləmə, ixrac təşviqi və digər strateji sahələr üzrə təşəbbüsləri dəstəkləməyə, həmçinin yüksək standartlara uyğun fəaliyyətini genişləndirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, eyni zamanda qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.

Veysəloğlu Şirkətlər Qrupu  bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində “Qida Təhlükəsizliyi Ayı” kimi elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam