Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

 Tramp Moskva və Pekini hədələyib:...bombalamaqla

Putin, Tramp, Si Cinpin

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.

Yenixeber.org: Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.

Tramp nə vaxtsa Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.

ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.

“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.

CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.

Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.(CNN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam