Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

XİN rəhbərləri Xankəndidə görüşdü - FOTOLAR

Azərbaycanla Pakistan XİN rəhbərləri Xankəndidə görüşdü - FOTO

3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Yenixeber.org: XİN-in yaydığı məlumata görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının və siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Görüş zamanı iqtisadi əlaqələr, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Regional inkişaflar, çağırışlar və fürsətlər barədə fikir mübadiləsi aparılıb, ikitərəfli formatda olduğu kimi, regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.

Nazirlər arasında daha sonra Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam