Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Pezeşkiandan TARİXİ NİTQ: "Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"

 

"Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. Güney Azərbaycanda özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili isə İranın həm milli, həm də beynəlxalq öhdəliyidir”.

Yenixeber.org xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O qeyd edib ki, İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün Azərbaycan türkcəsində təhsil məsələsinə xüsusi yanaşılmalıdır: "Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar tarixin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam