Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bu parlamentdə müxalif deputatların fəaliyyətinə xitam verildi

Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verilib
Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının bütün (12) deputatlarının mandatına vaxtından əvvəl xitam verilib.

Yenixeber.org: Məlumata görə, müvafiq qərar parlamentin bugünkü sessiyasında qəbul edilib.

Qərara əsas kimi deputatların parlamentin yaz sessiyasının 26 iclasında iştirak etməmələri olub.

“Gürcüstan Naminə” partiyası həmçinin altı ay müddətinə dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququndan da məhrum edilib.

Xatırladaq ki, parlament bu ilin fevralında 49 müxalif deputatın səlahiyyətinə xitam verib. Bugünkü qərardan sonra Gürcüstan parlamentində müxalif partiyaların fəaliyyətinə son verilib. Müxalifət ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam