Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Van Çuanmen: "Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək"

 

Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib.

Yenixeber.org xəbər verir ki, qatar ümumi dəyəri 15 milyon yuandan çox (təxminən 2,093 milyon ABŞ dolları) olan avtomobil ehtiyat hissələri və mexaniki avadanlıqlarla yüklənmiş 104 standart konteynerdən ibarətdir.

Məlumata görə, qatar ötən gün Pekinin Fanşan rayonundakı stansiyadan yola düşüb.

Bildirilib ki, qatar Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos keçid məntəqəsindən keçərək Qazaxıstanın Aktau Xəzər limanına gedəcək. Daha sonra yüklər dəniz yolu ilə Ələt limanına, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.

Marşrut "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçirilir. Ümumi yol uzunluğu 8 000 km-dən çoxdur və çatdırılma müddəti təxminən 15 gün təşkil edəcək. Bakıya çatdıqdan sonra konteynerlerin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və regionun digər ölkələrinə yönləndiriləcək.

Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmenin sözlərinə görə, marşrut Çin - Avropa qlobal nəqliyyat şəbəkəsinin cənub qolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tərkibinə daxildir.

"Multimodal prinsipin istifadəsi ənənəvi dəniz logistikası ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və Xəzər regionu, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri, həmçinin Mərkəzi, Şərqi və Qərbi Avropa daxil olmaqla əhatə coğrafiyasını genişləndirməyə imkan verir", - o vurğulayıb.

Çin Dövlət Dəmir Yolu Korporasiyasından bildirilib ki, yeni marşrutun açılması Pekin və ətraf regionların müəssisələri üçün rahat və səmərəli logistika kanalı yaradır. Bu, logistika xərclərini azaltmağa, ixrac potensialını artırmağa və Çinin Azərbaycan və regionun digər ölkələri ilə ticari-iqtisadi əlaqələrini gücləndirməyə imkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam