Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Nəşlərin tanınmasında özüm birbaşa iştirak etdim, gözümün şahidiyəm...”

neslerin-taninmasinda-ozum-birbasa-istirak-etdim-gozumun-sahidiyem

Rusiyanın təhlükəsizlik orqanları tərəfindən qətlə yetirilən Səfərov qardaşları bu gün Ağcabədidə dəfn edilir.

Yenixeber.org: Mərhum Ziyəddin və Hüseyin Səfərovların qardaşı Seyfəddin Hüseynli nəşlərin tanınması prosesində iştirak etdiyini və dəhşətli mənzərə ilə qarşılaşdığını bildirib.

“Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, ciddi addımlar atıldı. Qısa zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər. Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı.

Nəşlərin tanınmasında mən özüm iştirak etdim. Gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır, öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi və mən bunu böyük ağrı hissilə qarşıladım ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar. Təəssüf doğuran haldır ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi açıqlamada onların stabil vəziyyətdə, həyəcandan, ürək tutmasından dünyalarını dəyişmələrinin ağ bir yalan olduğu, Rusiyanın çirkin simasına xas uydurma olduğu mənim gözümün qarşısında təkrar öz təzahürünü tapdı”, - S.Hüseynli qeyd edib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam