Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb

Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasının balansında olan “Kurort” QSC-yə məxsus “Bilgəh” Kardioloji Sanatoriyasında bədbəxt hadisə baş verib.

Yenixeber.org: Bu barədə redaksiyamıza Kardioloji sanatoriyanın əməkdaşları məlumat veriblər.
Bildirilir ki, sanatoriyanın təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov binanın təmiri prosesinə şəxsən nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə dünən axşam sanatoriyanın əsas korpuslarından birində baş verib.
İlkin Fərəcov Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kritikdir.
İlkin Fərəcovun sanatoriyada qeyri-rəsmi şəkildə tikinti və təmir proseslərinə nəzarət etdiyi, texniki təhlükəsizlik qaydalarının pozulduğu və hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Məlumata görə, sanatoriyanın təmir işlərinin hansı əsaslarla aparıldığı, texniki təhlükəsizlik qaydalarının yerinə yetirilib-yetirilmədiyi və əmək münasibətlərinin düzgün qurulub-qurulmadığı artıq sual altındadır.
Baş vermiş hadisə AHİK-nin tabeliyində olan digər sanatoriyalarda da əmək təhlükəsizliyinə riayət olunub-olunmaması məsələsini bir daha gündəmə gətirib.
Məsələ ilə bağlı “Kurort” QSC rəhbərliyindən hələlik heç bir rəsmi açıqlama verilməyib.(reyting.az)
Həm AHİK-nin, həm də “Kurort” QSC-nin məsələyə münasibətinə yer ayırmağa hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam