Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Qubada Ümummilli Liderin xatirəsi anıldı -FOTOLAR

qubada-umummilli-liderin-xatiresi-anildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Quba rayonunda tədbirlər keçirilib. 

Yenixeber.org: Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, deputatlar Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, RİH-nin məsul şəxsləri, YAP-nin Quba rayon təşkilatının üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən Qubada Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra Ulu Öndərin şəklini əks etdirən abidəyə yenidənqurmadan sonra baxış keçirilib. 

Ulu Öndərin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam edib. 

Həmçinin Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar rayondakı Heydər Əliyev Mərkəzində Quba RİH və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı” adlı praktik konfrans keçirilib. 

Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olmasından danışıb, Ümummilli Liderin həyat yolunun yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olduğunu vurğulayıblar. Onun ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğu qeyd olunub. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddətdə əsrlərə bərabər tarixi inkişaf yolu keçdiyi bildirilib, Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə və 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyi qeyd edilib. 










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam