XİN başçısı: Fransa Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir
Fransa yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir.
Yenixeber.org xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasının efirində bildirib.
"Diqqət, feyk xəbər! Biz sabah başlayacaq prosesi, yəni konklavu diqqətlə izləyirik, lakin biz heç bir formada müdaxilə etmirik", - o qeyd edib.
Eyni zamanda, o, yeni Roma Papasının fransız olmasında heç bir problem görmədiyini vurğulayıb.
Daha əvvəl İtaliya KİV-ləri Fransa Prezidenti Emmanuel Makronu yeni pontifikin seçilməsinə təsir göstərməyə çalışmaqda ittiham etmişdi. Şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio” rəhbəri ilə görüşləri olmuşdu.










AZ
RU