Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Paşinyanın vəziyyəti mürəkkəbləşib: Moskvaya getsin, getməsin?

 

Ermənistan Baş nazirinin ofisi Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır.

Yenixeber.org xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Hələlik yalnız parlamentin sədri Alen Simonyan Paşinyanın Moskva paradında iştirakının düzgün addım olacağı fikrini bildirib.

Qəzet yazır ki, Baş nazir ofisi səfərin olacağı barədə xəbəri ləngitməsi hakim partiya daxilindəki fikir ayrılıqları ilə bağlıdır. Çünki hakimiyyətdəki “sorosçular” Paşinyanın Moskvaya getməyinə qarşıdırlar, onlar iddia edirlər ki, erməni liderin paradda iştirakı xarici tərəfdaşların təhdidləri ilə nəticələnəcək.

Nəşr qeyd edir ki, Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin paradda iştiraklarını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, Moskvaya getməyə meyllidir.

Paşinyan Moskvaya yollanarsa, hakim partiyanın parlament üzvlərindən yalnız milliyyətcə rus olan Aleksey Sandikov onunla birlikdə gedəcək. Çünki Rusiya “Vətəndaş müaqviləsi”nin bir çox üzvlərini rədd edir və bəzi Soros tərəfdarları hətta “persona non qrata” elan edilib, yəni onların Moskvaya girişi qadağan edilib.

Ermənistandan hansısa hərbi birləşmənin parada göndərilməsinə gəlincə, hakimiyyətdən “Hraparak”a bildirilib ki, bu olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam