Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

 
5 may tarixi 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Əlillərin Hüquqlarının Müdafiəsi Gününü kimi qeyd olunur. Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.
Yenixeber.org: Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə  “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə əlilliyi olan şəxslər haqqında dövlət siyasəti, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, görülən tədbirlər, sosial müdafiənin hüquqi tənzimi, əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud insanların reabilitasiyası və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.
Virtual Sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/5_may_Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html  linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam