Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İsrail Qəzzada əməliyyat üçün on minlərlə ehtiyatda olan hərbçisini səfərbər edir

 

İsrail Qəzza sektorunda əməliyyatın miqyasını genişləndirmək üçün müdafiə ordusunda xidmət etmək üçün on minlərlə ehtiyatda olan hərbçini çağıracaq.

Yenioxeber.org-un məlumatına görə, bu barədə xarici jurnalistlər üçün brifinqdə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib.

"Bu həftə İsrail Qəzzada əməliyyatı gücləndirmək və genişləndirmək üçün on minlərlə ehtiyatda olan hərbçiyə çağırış əmrləri göndərəcək. İşğal üçün deyil, hərbi əməliyyatı genişləndirmək üçün", - deyə Menser bildirib.

Onun sözlərinə görə, məqsəd HƏMAS-a təzyiqi artıraraq, radikalların Fələstin anklavında saxladığı girovları azad etməkdir.

İsrail "aydın şəkildə bildirib ki, əgər girovlar azad edilsə və HƏMAS silahı yerə qoysa, müharibə bitəcək", - deyə hökumət nümayəndəsi əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam