Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Birinci vitse-prezident Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşüb

 

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

Yenixeber.org xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqların zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

Xanım Şahzadə Lalla Hasnaanın Azərbaycana səfərinin onun ölkə ilə daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam