Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“AAAF Park”ın rəhbəri fəhlələrin pulunu vermir...

media-tofiqq
Ölkədə bir çox iri layihələrin müəllifi olan “AAAF Park” şirkətinin rəhbərliyi işçiləri işlətsələr də, onların pulunu ödəmirlər.
Yenixeber.org: Sosial şəbəkələrdə bu barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, halal zəhmətlərinin haqqını ala bilməyənlər Xocalı şəhərinin sakinləridir. Onlar AAAF Parkın həyata keçirdiyi tikinti layihələrindən birində fəhlə olaraq çalışıblar.
Əslən Xocalıdan olan, blogger Səfər Cavadov bununla əlaqədar şirkətin rəhbəri Tofiq Heydərova müraciət edib. O bildirib ki, işçilərin maaşları verilməlidir. “Sizin həmkarınız Şərurlu İsvəndiyar iki Qarabağ qazisinə ev hədiyyə edib. Siz isə Xocalı rayonundan məcburi köçkün olan bir neçə şəxsi öz abyektinizdə işlədib, pulunu vermədiniz. Məncə çox ayıb bir durumdur”.
O deyib ki, bir ildir işçilər pullarını ala bilmirlər. “Sizin milyonluq layihəniz var, yüzlərlə bina tikirsiz. Bildiyim qədər bütün ziyarətlər də olmusuz, həci adamsız. İslamın qaydalarını bilməmiş deyilsiz. Bilirsiz ki, qul haqqı yemək İslamda ən böyük günahdır”.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam