Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

FAO: Regiondakı ölkələrin aqrar xərclərində ekoloji ödənişlərin payı azdır

 

Maarifləndirmə işlərinin genişlənməsinə baxmayaraq, regiondakı ölkələr kənd təsərrüfatı büdcələrinin çox az hissəsini istehlakçıların dəstəklənməsinə və ekoloji cəhətdən dayanıqlı təcrübələrin təşviqinə ayırırlar.

Yenixeber.org xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Dmitry Zvyagintsev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Təəssüf ki, aqrar büdcədə ekoloji ödənişlərin payı ilə bağlı məlumatlar bir çox ölkələrdə ya mövcud deyil, ya da qeyri-müntəzəmdir. Mövcud məlumatlar göstərir ki, bu ödənişlər kənd təsərrüfatı xərclərinin cəmi 1–2 %-ni təşkil edir. Bununla belə, bir çox ölkə milli səviyyədə əhəmiyyətli proqramlar həyata keçirir. Bu proqramlara üzvi kənd təsərrüfatının dəstəklənməsi, iqlimə uyğunlaşma və iqlim dəyişikliyi ilə mübarizə sahəsində məsləhət xidmətləri, eləcə də iqlimə davamlı kənd təsərrüfatını dəstəkləyən tədqiqatlara investisiyalar daxildir. Belə investisiyalara dolu əleyhinə qoruyucu sistemlər, torpağın mühafizəli becərilməsi, növbəli əkin sistemləri, ətraf mühitə uyğun torpaq idarəçiliyi, biomüxtəlifliyin qorunması, suyun keyfiyyəti, davamlı otlaq və peyin idarəçiliyi üzrə qrantlar daxildir", - deyə o qeyd edib.

FAO rəsmisi həmçinin əlavə edib ki, fermerlər daimi otlaqları qoruyub-saxlamalı, yaş sahələri və yaxud qoruyucu zolaqları mühafizə etməlidirlər.

"Fermerlər həmçinin qida maddələrinin dayanıqlı idarə olunması üçün alətlər tətbiq etməli, növbəli əkin aparmalı, torpağı düzgün becərməli, landşaft xüsusiyyətlərini qoruyub-saxlamalı və kənd təsərrüfatı torpaqlarının müəyyən hissəsini qeyri-istehsal məqsədli sahələr üçün ayırmalıdırlar ki, bu da biomüxtəlifliyin dəstəklənməsinə xidmət edir", - deyə o əlavə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam