Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bayden Putini öldürmək istəyibmiş -ŞOK AÇIQLAMA

ABŞ-ın əvvəlki administrasiyası Rusiya ilə “müharibəni sürətləndirmək” istəyib.

Yenixeber.org-un məlumatına görə, bunu  amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbiyə müsahibəsində bildirib.

O iddia edib ki, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhd edib.

Jurnalistin iddiasına görə, bu yanaşmanın fəal tərəfdarlarından biri keçmiş dövlət katibi Entoni Blinken olub.

"Bayden administrasiyasının etdiyi şey Putini öldürməyə çalışmaq idi”, - o iddia edib.

Karlson sui-qəsdin təşkili üçün heç bir sübut və təfərrüat təqdim etməyib.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidentinə sui-qəsd cəhdlərinin edildiyini, lakin bunların hamısının uğursuz olduğunu bildirib. O, təfərrüatları açıqlamayıb. Kreml əmin edib ki, Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam