Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib

 

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenixeber.org xəbər verir ki, təqsirləndirilən şəxs Tofiq Həsənov barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.

İş üzrə hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.(APA)

İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam