Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bayden respublikaçıların korrupsiya ittihamlarına cavab verib

ABŞ Prezidenti Co Bayden Respublikaçılar Partiyasının onun korrupsiyada əli olması ilə bağlı iddialarının cəfəngiyyat olduğunu bildirib.

Yenixeber.org: O, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

"Pul haradadır? Zarafat edirəm. Bu cəfəngiyyatdır”, - deyə o bildirib.

ABŞ prezidenti həmçinin əmin edib ki, o, heç vaxt ABŞ Ədliyyə Nazirliyinin qərarlarına təsir etməyə çalışmayıb.

Xatırladaq ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyə istinad edərək bəyan edib ki, o, Baydenin korrupsiyada iştirakını təsdiq edən sənədlərin (forma FD-1023) mövcudluğunu göstərəcək.

Komer daha əvvəl də ABŞ Prezidenti və ailəsinin Çindən milyonlarla dollar aldığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam