Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhəmmədli qəsəbəsində qanunsuz "makler evlər"inin tikintisi bitmir -RİH başçısı göstəriş verib?


Abşeron rayonunun Məhəmmədli qəsəbəsində qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.

Yenixeberorg.com: Sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır. İddialara görə, Abşeron ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.

Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi rayon rəhbərliyinin nəzarəti altında baş verir. Belə ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Məhəmmədli qəsəbə icra nümayəndəsi Elmar Abbasov prosesə birbaşa nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Abşeron rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur. Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Məmmədlidə tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik: /Xalq.online/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam