Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TDT bəyanat yaydı -Xocalı soyqırımı ilə bağlı

TDT Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

           Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Yenixeber.org: Bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb.

Həmin bəyanatda deyilir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam