Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həbs olunan prodüser Təranə Səmədova övladları ilə bağlı ərizə yazacaq

 

Həbs olunan tanınmış prodüser Təranə Səmədova övladlarının qəyyumluğa verilməsi ilə bağlı ərizə yazacaq. 

Yenixeber.org: Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib:

“Bir neçə gün öncə Təranə ilə danışığımız olub. Bildirib ki, uşaqların bizim qəyyumluğumuza verilməsinə görə ərizə yazacaq”. 

Kəmalə Ağazadə prodüserin azyaşlı qızının çəki probleminin artıq düzəldiyini, böyük qızının isə növbəti həftədən dərslərinə davam edəcəyini bildirib:

“Balaca qız anasından ayrı qaldığı üçün kürlük etmir. Uşağın qidalanmasında, inkişafında nə lazımdırsa, edirik. Hər şey qaydasındadır. Gələn həftədən etibarən Təranənin böyük qızı Suel məktəbə gedəcək. Qiymətləndirmə Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı yetərincə iş aparılır. Hələlik istintaq-məhkəmə dövründə uşaqlar bizim sığınacaqda qalacaqlar”. 

Birlik sədri əlavə edib ki, Təranənin uşaqlarını himayəsinə almaq istəyən müğənni Rəqsanə hər gün uşaqlarla bağlı məlumatlar alır.
Qeyd edək ki, bu, Təranə Səmədovanın ikinci həbs həyatıdır. Birinci dəfə insan alverinə görə təqsirləndirilən prodüser iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Hazırda isə o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam